Direktor

Əziz dostlar,

Mərkəzimizin yeni internet səhifəsinə xoş gəlmisiniz. Azərbaycan - Monteneqro mədəni - iqtisadi mərkəzi 2011-ci ildə Monteneqroda qurulmuşdur və bu günə qədər mədəni və iqtisadi sahədə aktiv fəaliyyət göstərməkdədir. Hal-hazırda, Monteneqro və Azərbaycan arasında iqtisadi, mədəni və humanitar əlaqələr sürətlə inkişaf etməkdədir. Biz də iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin inkişafı, mövcud imkanların araşdırılması, əməkdaşlığın genişləndirilməsi üçün körpü olmağa calışırıq ki, müxtəlif tədbir və fəaliyyətlərimizlə xalqlarımızın mədəniyyətini, adət-ənənələrini daha da tanıdaq və bir-birinə yaxınlaşdıraq.

İnternet səhifəmizdəki mətnlər və linklər vasitəsilə Monteneqro və Azərbaycan vətəndaşları iki ölkənin siyasəti, mədəniyyəti, iqtisadiyyatı, turizmi, kənd təsərrüfatı, infrastrukturu haqqında, ikitərəfli əlaqələrimiz, o cumlədən mərkəzimizin fəaliyyəti ilə bagli geniş məlumatlarla tanış ola biləcəklər. Bu günə qədər tərəfimizdən bir sıra təqdimatlar, film numayişləri, sərgilər və tədbirlər təşkil edilmişdir. Mərkəz yerli və beynəlxalq iqtisadi və mədəni təsisatlarla əməkdaşlıq edir. Biz, eyni zamanda, sərmayə qoymaqda maraqlı olan potensial investitorları iqtisadi və investisiya imkanları, xarici investisiyalara dəstək proqramları, əlverişli sərmayə muhiti haqqında geniş məlumatlandırmağa və yardımçı olmağa calışırıq.
 
Həmçinin, internet səhifəsindəki məlumatlar yetərli olmazsa, iqtisadiyyət, mədəniyyət, turizm və s. baglı sizi maraqlandıran bütün sualları cavablandırmaq üçün telefon və ya elektron poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
 
Mərkəzimizin qapıları xoş niyyətimizə şərik olan hər kəs üçün açıqdır.
Buyurun, bizimlə əlaqə saxlayin, sizə kömək etməkdən məmnun olarıq.
Sizə internet səhifəmizdə xoş səyahətlər arzulayırıq.
 
Seyran Mirzəzadə
Azərbaycan – Monteneqro Mədəni
İqtisadi Mərkəzinin direktoru
 

Seyran Mirzəzadə, tərcümeyi-hal

Doğulduğu tarix və yer:    May 9 1979, Lerik, Azərbaycan
Vətəndaşlıq və ailə vəziyyəti:     Azərbaycanlı, evli
Təhsil:
Beynəlxalq münasibətlər, Ali Diplomatiya Kolleci,
Bakı,Azərbaycan (1996-2000)

Peşəkar təcrübə:

 2016 - .......                        
Azərbaycan-Montenegro Mədəniyyət və iqtisadi mərkəzinin  direktoru
2019 - .......  
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Monteneqro, Serbiya Respublikası, Bosniya və Herseqovina Federasiyası üzrə nümayəndəsi

 2012 - 2016                                      

 
Muşavir, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin rəhbəri 
2011 – 2012                                     

Xarici İşlər Nazirliyinin Birinci Ərazi İdarəsinin Birinci Avropa şöbəsinin müdiri

2007 - 2011

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyin in ikinci katib, birinci katibi

2006 - 2007                                     

 
Xarici İşlər Nazirliyinin Birinci Ərazi İdarəsində üçüncü katib
 
2002 - 2006                                      

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində üçüncü katib

2001 - 2002                                      

Xarici İşlər Nazirliyi, ABŞ, Kanada və Avropa İdarəsində referent

Dillər: azərbaycan – doğma, türk – sərbəst, rus – sərbəst, ingilis – sərbəst, Monteneqro dili – yaxşı

Davamlı Sülh və İnkişaf Beynəlxalq Fondunun üzvü