“Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”
Xaricdəki gənclərimizin Ana vətənə bağlılığı vətənpərvərlik nümunəsidir. Onların ümummilli mənafelər naminə səfərbər edilməsi mühüm əhəmiyyət kəb edir. Harada yaşmalarından asılı olmayaraq soydaşlarımız öz hüquq və azadlıqlarını, milli kimliyini müdafiə etməyi, qoruyub saxlamağı bacarmalıdırlar. Eyni zamanda milli dəyərlərimizi yeni nəsilə təbliğ etməlidirlər. Bunun üçün də ilk növbədə diasporumuz, xüsusən xaricdəki gənclərimiz mübariz olmalı, qarşılaşdıqları maneələri dəf etməyi bacarmalıdırlar. Diaspor və lobbi işində əsas məsələ strateji hədəfləri müyyən etmək və ruhdan düşməməkdir. İdeal olaraq desək, dünyanın hər yerində Azərbaycan icmaları varsa, biz səsli və görünən olmalıyıq. Elə edilməlidir ki, sözümüzü eşitsinlər. Diaspor gənclərimiz gündəlik olaraq Azərbaycanın həqiqətlərini yaymalı, düşmənlərimizi ifşa etməli və lobbiçilik istiqamətində fəallıq göstərməlidirlər. Çox şükür ki, 2020-ci ildə 44 günülük Vətən müharibəsində qalib olduq, düşmənlərimiz bundan məyus olub, psixoloji travma alıblar, lakin mübarizə davam edir. Ermənilər ölkəmizə qarşı qaralama kamaniyası aparırlar. İnfiormasiya müharibəsi bitməyib, yeni mərhələyə qədəm qoyub. Diaspor gənclərimiz Azərbaycan davası uğrunda mübarizə aparmaqdan yorulmamalıdırlar. Onlar bütün hərəkətlərinin əbəs olduğunu düşünməməlidirlər. Ermənilərin dünyaya öz yalanlarını yaymasına heç bir halda imkan verilməməlidir. Üstəlik, Azərbaycan diasporu erməniləri o həddə çatdırmaldır ki, onlar bir millət olaraq zəifləyib parçalansınlar. Məhz bundan sonra ermənilər özləri təslim olacaqlar. Bunun üçün də hər zaman həmrəy qalmaq, fəal olmaq və müntəzəm olaraq Azərbaycan davası ilə məşğul olmaq vacibdir. Vətənin hər zaman diaspora ehtiyacı var. İnanırıq ki, xaricdə doğulub boya-başa çatan gənclərimizin Vətənə bağlılığı və ictimai fəallığı gələcəkdə daha güclü Azərbaycan diasporu formalaşdıracaq.
Xaricdəki gənclərimiz Azərbaycan həqiqətləri haqqında danışmağı öz qarşılarına əsas məqsəd qoymaldırlar. Yaşadıqları ölkələrdə Vətənimiz haqqında yerli xalqı məlumatlandırmalıdırlar. Həyatda atdığınız hər bir addımda və ya qərarda öz kökünüzü və Vətəninizin tarixini öyrənin, Vətən haqqında və ona necə faydalı ola biləcəyinizi düşünün. Hər bir xaricdəki azərbaycanlı milli-mənəvi dəyərlərimizin təbliği üçün səy göstərməlidir. Azərbaycanlıların son məqsədi bu olmalıdır – Vətəni unutmamaq. Hər bir xaricdəki gəncimiz, qısa müddətə də olsa, həyatında heç olmasa bir dəfə Azərbaycan gəlsin. Vətənin ecazkar gözəlliklərini, xalqın ruhunu duysun. Çünki etiraf etmək lazımdıır ki, daimi xaricdə yaşayan azərbaycanlı üçün həmişə azərbaycanlı olaraq yaşmaq çətindir. Buna görə də heç olmasa yay tətilində diaspordakı valideynlər öz övladlarını Azərbaycana gödərməlidirlər. Belə olarsa onların övladları doğma xalqının dəyərlərini, milli kimliyini bilərlər. Əsas fikir Vətənlə əlaqə yaratmaqdır, qalanı öz-özünə yaranacaq.
Azərbaycan dövlətinin xaricdəki soydaşlarımızdan, əsasən də yeni nəsil gənclərdən gözləntiləri var. Xaricdəki gənclərimiz Azərbaycan uğrunda mübarizəyə sadiqliyin əməli olaraq təsdiqləməlidirlər. Fikrimizcə, diasporumuz ümumi səylərində birləşməlidir. İlk növbədə azərbaycançılıq idelogiyasına əsaslanaraq irəli doğru addmlamalıyıq. Buna görə də, bütün dünya azərbaycanlılarını mübarizəni davam etdirməyə çağırırıq. Diasporumuz bu işdə tək olmadıqlarını bilsinlər. Azərbaycan dövləti hər zaman öz diasporuna arxa olub. Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayındakı nitiqndə billdirib ki, bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır: “Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”. Və biz hiss etməliyik ki, güclü Azərbaycan diasporuna sahibik. Xaricdəki soydaşlarımız bütün çətinlikləri dəf etmək qabiliyyətinə malikdir, ancaq həmrəylik yaranması şərtilə. Güclü Azərbaycan - güclü diaspor - bu, dünya azərbaycanlılarının uğurunun düsturudur. Zaman keçdikcə bunun effektivliyi özünü tam göstərəcək.
Cavid Şahverdiyev
Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.