Haqqımızda

Azərbaycan - Monteneqro mədəni-iqtisadi mərkəzi 2011-ci ilin noyabr ayında Bar şəhərində qurulmuşdur, 2017-ci ilin sentyabr ayından isə ofisi Podqoritsa şəhərinə köçürülmüşdür. Mərkəzin əsas fəaliyyəti Monteneqro və Azərbaycan ictimaiyyətini ölkələrimizin mədəni və ictimai həyatı, iqtisadi və investisiya potensialları, turizmi, təbii gözəllikləri, adət-ənənələri ilə tanış etməkdən ibarətdir.

Əsas məqsəd təqdimatlar, sərgilər, konfranslar, konsertlər, film numayişləri və Monteneqro və Azərbaycan tarixində əhəmiyyətli günlərin qeyd edilməsi kimi müxtəlif fəaliyyətləri təşkil etməklə iki xalq arasındakı səmimi dostluq əlaqələrinin daha da möhkəmləndərilməsini təmin etməkdir.

Umid edirik ki, Mərkəz iki ölkə arasında mədəni-iqtisadi əlaqələrin və əməkdaşlığın davamlı inkişafı və genişləndirilməsi üçün körpü olacaq və iki dost ölkə arasında yeni yollar salacaq.