Monteneqro - Mədəniyyət, tarix və sənət

TARIX

 

Qədim ənənələrə malik, müxtəlif mədəni və dini dünyagörüşlərinin, Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi nöqtədə yerləşən, ərazicə kiçik bir dövlət olan Monteneqro tolerantlığı və harmonik munasibətlərilə tanınan çoxkonfessiyali və çoxmillətli olması ilə fərqlənir.Bu günkü Monteneqro ərazisində insan varlığının ilk izləri, Qırmızı Divar yerində arxeoloji tapıntıların da subut etdiyi kimi, Paleolit dövrünə təsadüf edir. İlk olaraq İlir etnik qrupları b.e.ə. 5-2-ci əsrlərdə burda yaşamışlar. Bundan sonra, vaxtilə qədim Ilir qəsəbələri ətrafinda yaranmış Duklya, Municipium “S”, Meteon, Budva, Ulçin, Risan kimi çoxsaylı şəhər tipli yaşayış məntəqələrinin tarixi şahidlik etdikləri kimi, bu ərazi Roma imperiyasının və onun Prevalis əyalətinin bir hissəsinə çevrilir.
 
Böyük Roma İmperiyası dağıldıqdan sonra Prevalis əyalətinin əhatə etdiyi ərazi Bizansa daxil olur və 6-cı əsrin ortalarında bu sərhədlərə slavyanlar axın etməyə başlayır. Romalaşmış yerli əhalinin xristianlaşmış slavyanlar tərəfindən assimilasiyası üçün bir neçə əsr keçməli oldu. IX əsrdə Arxont Petarın zamanında bu ərazilərdə ilk dövlət təskilatı yarandı və X əsrin sonunda, knyaz Vladimirin dövründə slavyan Duklyası, XI əsrdən isə Zeta adlanmağa başladı. Vladimir Zetski knyazlığı Voyislavlyeviç sülaləsi dövründə (XI-XII) Bar Arxiyepiskopluğunda kilsə təşkilatına malik krallıq oldu. XII əsrin sonunda Zeta ərazisi Nemanyici serb sülaləsinin hökmranlığına keçir. Onlarin təsiri altında katolik Zetada provaslavlıq daha da gücləndi, amma Voyislavleviçlərin arxiyepiskopluğu bu günə qədər davam edir.
 
XIV əsrin ikinci yarısında - XV əsrdə Duklja-Zeta dövlət suverenliyini bərpa edir, daha doğrusu hakimiyyəti Zeta feodal ailələri ələ alır. XV əsrdən etibarən Monteneqronu Balşiç və Çrnoyeviç hakim ailələri idarə edir. O dövrdə durmadan Avropanın cənub-şərqini fəth edən güclü Osmanlı qüvvələrinin hücumları ilə yeni siyasi-tarixi vəziyyət yaranır. Onlarla mubarizə əsrlərlə davam edir. Monteneqroya Petroviçlər sülaləsi hökmranlıq edərkən bu mübarizə daha da güclənir. 1878-ci ildə Berlin konqresində Monteneqro beynəlxalq səviyyədə dövlət kimi tanınır.
 
Birinci Dünya Müharibəsi başa çatdıqdan və Petroviç-Nyeqoş sülaləsinin süqutundan sonra Monteneqro yeni yaradılmış Serb, Xorvat və Sloven krallığının,daha sonra Yuqoslaviya krallığının tərkibinə daxil edilmişdir. İkinci Dünya Müharibəsindən sonra qismən dövlət suverenliyini bərpa edən Monteneqro federativ respublika kimi Yuqoslaviya Federativ Xalq Respublikası, Yuqoslaviya Federativ Sosialist Respublikası, Yuqoslaviya İttifaqı Respublikası, Serbiya və Monteneqro dövlət ittifaqının tərkibinə daxil olmuşdur. 2006-cı ilin 21 may tarixində vətəndaşların səs çoxluğu ilə Monteneqro müstəqilliyini bərpa etmiş, beynəlxalq səviyyədə dövlət kimi tanınmışdır.
                                                                                      
  


           Mədəniyyət  və sənət 

Müasir Monteneqro mədəniyyətində muxtəlif dövrlərin Aralıq dənizi, Mərkəzi Avropa, Şərqi Avropa və Şərq mədəniyyətlərinin izləri və təsirləri görünür. Risna yaxınlığındakı Lipsi kəndindəki mağarada ibtidai insanlar tərəfindən marala ov rəsmləri çəkilib. Monteneqronun digər bölgəsində, Prokletiya deyilən yerdə daş üzərində ibtidai insanların canavarla rəsmləri çəkilib. Nikşiç şəhərindən 30 km məsafədə yerləşən Petroviç kəndində Qırmızı Divar adı ilə tanınan tarixi yerdə 31 mədəni lay aşkar edilmişdir.Bəzi yerlərdə böyük məzar daşları, sərdabələr, paqan məbədlərinin təməllərini görmək mümkündür. Əfsanələrdə deyilir ki, Boka bölgəsində Atlantidan xilas olanlar məskunlaşıb. Bəziləri inanır ki, Homerin Troyasını Skadar gölü çiçəkləndirib. Digərləri iddia edir ki, bir sıra dağlara və çaylara keltlər ad qoyublar.

İlirlər, yunanlar, romalılar, slavyanlar, türklər – hər kəs çalışmışdır ki, Monteneqronun toxunulmamış ərazilərində öz mədəniyyətlərin bir iz saxlasınlar, möhür qoysunlar. Allaha itaətdə, daşlarda, dildə, rəsmlərdə, səslərdə…. Arxeoloji tapıntılar və muzeylər onların izlərini qoruyurlar. Hələ də iki min il bundan əvvələ aid Roma məbədlərinin qalıqları, su kəmərləri, şəhərləri, körpüləri (Risan, Budva, Akvarium, Ulçin, Duklya, Municipium S) saxlanılır. Şərq və Qərbin kəsişmə nöqtəsi olması, paqanizmlə xristianlığın, katolikliklə pravoslavlığın, xristianlıqla islamın, bizans və roma mədəniyyətinin təsirləri, ənənələrlə müasirliyin tələbləri burada incəsənətin inkişafına təkan vermişdir və bu müxtəlifliklər Monteneqronun ən gözəl tərəflərindən biridir.

Gözəl sözlərə pərəstiş bu gün də davam edir. Azadlığın qorunması və ya əldə edilməsi üçün əsrlər boyu davam edən mübarizələrdən, yoxsulluq və aclıq imtahanlarından keçilməsinə baxmayaraq, soz öz ləyaqətini və gücünü saxlayıb. Məhz buna gorə də ona xususi diqqət göstərilir. Deyilənlər rəssamlıq sənəti üçün də keçərlidir. Tanınan və tanınmayan sənətkarların kilsələrdəki freskalari və ikonaları, daş üzərindəki ornamentlər, gümüş və qızıl qravyuralar çox dəyərlidir.